İran İslam Respublikası xarici işlər nazirinin müavini Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eştonun müavini ilə müzakirələrin birinci turunun sonunda deyib: Müzakirələr Şmitin 5+1 Qrupu ilə məsləhətləşməsinin və onların nəzərlərini öyrənməsinin ardınca yerli vaxtla saat 10-da davam etdiriləcək.
İranın xarici işlər nazirinin müavini Abbas İraqçı İRİB-nin Cenevrədəki müxbiri ilə müsahibədə deyib: Müzakirələrin birinci turunda İran İslam Respublikası ilə 5+1 Qrupu arasındakı danışıqların gedişinə və ixtilaflı məsələlərə, onların siyasi və texniki yönlərinə nəzər salındı. Bildiyiniz kimi İran və 5+1 Qrupu arasındakı Cenevrə anlaşması ilə bağlı bundan öncə ekspertlər səviyyəsində müzakirələr aparılmışdı. Amma, bu gün axşam siyasi motivlərin nəzərə alınması ilə həmin texniki məsələlər bir daha nəzərdən keçirildi.
Cənab İraqçı müzakirələrin ciddi və xoşməramlılığa əsaslanan bir atmosferdə keçirildiyini bildirərək, ümidvarlıq edib ki, danışıqlar bu gün axşam və ya sabah yekunlaşdırılsın.
İranın xarici işlər nazirinin müavini həmçinin, bu danışıqların üçtərəfli formatda keçirildiyini və ABŞ dövlət katibinin müavini Vendi Şermanın da müzakirələrdə iştirak etdiyini deyərək, vurğulayıb: ABŞ dövlət katibinin müavini Moskvaya səfəri zamanı Şmit ilə olan ikitərəfli müzakirələrimizə qatıldı. Onun bu görüşə qatılmaqda məqsədi ABŞ-ın baxışlarını birbaşa olaraq bəyan etmək idi.
İraqçı əlavə edib: Bu səfər zamanı həmçinin, Vendi Şerman ilə qısa bir ikitərəfli görüş üçün də fürsət yaranmış oldu.
