AsyaDünyaİranXƏBƏRLƏR

İranın iştirakı olmadan region problemləri həll olmayacaq

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın komandan əvəzi deyib: Regionun hazırkı problem və böhranları İran İslam Respublikasının iştirakı olmadan həll olunmayacaq.

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın komandan əvəzi general-mayor Hüseyn Səlami bildirib: Keçmişdə ABŞ başçıları dünya xalqlarının taleyi barəsində qərar çıxarırdılar. Lakin hazırda müsəlman xalqlar amerikalılar və onların qərarlarına dəyər vermirlər.
General Səlami İraqın Bəs rejiminin İrana qarşı elan olunmamış müharibəsi – Müqəddəs Müdafiə dövründə düşmənlərin ssenarisini tarix boyu bir ölkəyə qarşı ən mürəkkəb ssenari adlandırıb və əlavə edib: Beynəlxalq imperializm İran xalqına qarşı hərtərəfli hücumla ölkəni siyasi səhnədə yararsız etməyə çalışırdı.
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın komandan əvəzi söyləyib: Şəhidlər İmam Hüseyni (ə) örnək seçərək islami, inqilabi, azadlıq sevərlik və ədalət sevərlik mentalitetinin əsas memarları idilər və rəşadət və fədakarlığı ilə bu hücumları zərərsizləşdirdilər.
General Səlami sonda deyib: Düşmənin təsəvvürlərinin əksinə olaraq İran xalqı elan olunmamış müharibədə hücumçuların qarşısında dayandı, öz inkişafını davam etdirdi və hazırda tam iqtidardadır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu