İran İslam Respublikası Atom Enerjisi Təşkilatının rəhbəri söyləyib: İran uranı 60 faiz zənginləşdirməyə ehtiyac duymur.
Əliəkbər Salehi bu gün şənbə bu mövzuya işarə edərək əlavə edib: Əgər İİR gəmilərdə bu enerjidən istifadə etmək istəsə yaxşı olar ki nüvə reaktorundan bəhrələnsin.
Salehi bəzi deputatların uranı 60% zənginləşdirmə tələblərinə işarə edərək vurğulayıb: Əlbəttə əgər bu deputatlar uranın 60% saflaşdırılmasını İran xalqı üçün faydalı bilib onu qanuna çevirsələr qanuna tabe olmaq gərəkdir.
İran Atom Enerjisi Təşkilatının rəhbəri bildirib: İİR keçmiş illərdə uranı zənginləşdirməyə başladığı zaman könüllü olaraq onu 5 faiz saflaşdırdı ki MAQATE-nin əsasnaməsinə əsasən hər bir həcm və ya metodla bu işi həyata keçirməyə haqlı idi. Salehi sonra söyləyib: İran Buşehr Elektrik Stansiyasının yanacağını təmin həddində uranı zənginləşdirir və sülhməramlı işlər üçün 20 faiz zənginləşdirmiş urana ehtiyacı olduğu təqdirdə xarici ölkələr onu təmin etməlidirlər yoxsa İİR özü onu təmin edəcək.