İran incəsənət xadimlərinin Malayziyadakı “Nuni Vəlqələm” rəsm xətt sərgisindəki əsərləri o ölkənin baş nazirinin marağını qazanmışdır.
Şərq qəzetinin verdiyi məlumata əsasən, Malayziya baş naziri Nəcib Tun Rəzzaq həmin sərginin açılış mərasiminin kənarında, incəsənət üzrə sərgilərin xüsusilədə islam incəsənəti üzrə sərgilərin millətlərin mədəniyyətinə buraxdığı təsirlərinə toxunaraq deyib: Dünya səviyyəsində müzeylər təlim üzrə proqramlar təqdim etməklə cəmiyyətin, xüsusilə də gənc nəsilin inkişaf etməsində təsirli rol ifa edə bilərlər.
Sərginin icra müdiri Fərəh Hakimi isə deyib: Malayziya mədəniyyət və incəsənət üzrə məsul şəxsləri İranda modern incəsənət və rəsm – xəttin yüksək inkişaf əldə etməsi haqda məlumat əldə etdikdən sonra sərginin islami incəsənət əsasında keçirilməsi qərarına gəldilər.
Hakimi sərginin keçirilməsini və xalqın sərgini qarşılamasını müsbət dəyərləndirərək deyib: Çox ehtimal ki; müsəlman incəsənət xadimlərinin rəsm – xətt kolleksiyaları sərgisimüxtəlif ölkələrdə də keçirilsin.
İranın Malayziyadakı mədəni atteşası Əli Əkbər Ziyai isə sərgiyə baxış keçirərək İranın mədəniyyət mərkəzində iştirak edən incəsənət xadimləri ilə görüşüb fikir mübadiləsi aparıb.
“Nuni Vəlqələm” sərgisində 23 iranlı incəsənət xadimlərinin əsərləri və ərəb, malayi, yaponiyalı incəsənət xadimlərinin əsərləri kənarında 2014-cu il 10 mayadək Malayziya paytaxtı Kualalumpurda keçiriləcəkdir.