Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bir bəyanat yayaraq İslam Peyğəmbəri Həzrət Məhəmməd (s)-in səadətli viladəti münasibəti ilə Az. R. xalqını təbrik edib.
Bu bəyanatda qeyd olunub: Biz Azərbaycan Respublikasının müsəlman xalqı olaraq ölkəmizin Sovet İttifaqından müstəqil olmasından sonra bizə verilmiş dini azadlıq və söz azadlığının sayəsində İslam Peyğəmbərinin səadətli viladətini Az. R-nin dini icması tərəfindən qeyd edirik.
Bəyanatın digər bir hissəsində bildirilib: Az. R-da müasir dövlətin banisi Heydər Əliyev o zaman ölkənin Təzəpir məscidində İslam Peyğəmbərinin səadətli viladətinə məxsus keçirilən mərasimdə iştirak edərək islami dəyərləri yüksək dəyərləndirən birinci siyasi şəxsiyyət olmuşdur. Allaha şükür olsun ki hazırda bu ənənəyə vəfadarıq və hələ də yaşayır. Yenidən böyük bayram münasibəti ilə vətəndaşları təbrik edir və hamını Peyğəmbər(s)-in səciyyələri və xüsusiyyətlərinə itaət etməyə dəvət edirəm.
Rəbbimiz; inşallah bizi, dövlətimizi və xalqımızı qoruyacaq.