AsyaAzərbaycanDünyaXƏBƏRLƏR

Azərbaycan saytlarında dərc olunmayan müraciət

İsveçdə mühacirətddə yaşayan azərbayclının müraciəti Azərbaycan saytları və qəzetlərində dərc olmayıb. Səhər kanalının facebook səhifəsinə müraciəti öze göndərən Navai Kazımov belə dedi: Mənim prezidentə müraciətimi heç bir Azərbaycan saytı cürət etmədi dərc etsin.

Mearciət olduğu kimi təqdim olunur :

Azərbaycan Respublikasının Prezidenti yoldaş İlham Əliyəvə iradlarım və
muracietim.

Mən Navai Kazımov Kərimbala oğlu 1980 ci ildə Sumqayıt şəhərində anadan olmuşam böyüyüb başa
çatmışam hal hazırdada Sumqayıt şəhərində yaşayıram. Ali təhsilliyəm ailəliyəm 6 yaşında bir oğlan
övladım var.

Yoldaş İlham Əliyev mən müstəqil Azərbaycan vətandaşı olaraq Qarabağ qazisinin özünü yandıraraq
intahar etməsi və bütün xalqımızın bu intahar durumunda olması ilə bağlı sizə iradlarım tənqidlərim və
sonda isə müraciətim olacaq .
Qarabağ qazisinin özünü yandıraraq intahar etməsində bir başa günahkar sizsiniz. 1993 cü ildən bəri 21
ildir ata bala dövlət başındasınız 21 ildir xalqı aldadırsınız xalqa böyük ümüdlər verirsiniz sizin
hakimiyyətiniz ancaq yalan şovlardan ibaretdir.
2003 cü il prezident seçkiləri qabağı mərhum Heydər Əliyəv dünyasını dəyişəndə xalq müstəqil azad
seçkilərlə öz yeni prezidentini seçmək istədi.
Amma yenədə sizin saxtakarlıq çarxınız davam etdi 100 minlerlə insanların etirazına baxmayaraq siz polis
və xususi təyinatlı ordunun gücü ilə zor tədbiq edərək hakimiyyəti atanızdan təhfil alaraq diktatura
rejiminin təməlini qoydunuz.
Həmin etirazlarda minlərlə insan agır zədələr aldı hayatını itirənlər oldu və 100 lərlə insan həps olunaraq
ailəsini başsız qoydunuz..
İllər keçdi dövran keçdi 2013 cü il prezident seçkiləri geldi butun xalq sevinrdiki Eliyevler
diktaturasindan canımız qurtaracaq ama yenə siz utanmadan çekinmədən kanustusiyamızı pozaraq
qanunlara zidd olaraq prezdentliye namizedliyinizi irəli sürdünüz yene hemin saxtakarliqlarla 3 cu defe
Prezident oldunuz xalq üçün isə dəyişən heçnə olmadı yenə köhnə hamam könə tas məsələsi.
Yoldaş Prezident hansı tv ni açırıq sizi ve xanımınızı gösterirler bütün xeber məlumatlarımız sizin
gündəlik hayatınızdan behs edir . xalq szin her gün tvlerdeki yalanlarinizdan bezib. Dunyanın her yerində
deyirsiniz Azerbaycan iqtisadiyyati bele inkişaf edir ele inkişaf edir Azerbaycanda orta əmək haqqı 500
dollardı bilirəm manatla avroyla deməyə utanırsınız ama yenə yalan danışırsınız.
Azərbaycan müəllimi həkimi təqqaütcüsü 150 -200 azn maaş almırmı ? Bu maaş necə 500 dollar edə
bilər?
Bax elə buna görə Qarabag qazimiz özünə intahar etdi tebi ki baximsız idi dolana bilmirdi maddi
problemleri var idi. Bu Qarabax qazimizin simasında bütün Azərbaycan xalqı bu intahar durumundadır.
Men bele başa düşürəm torpaqlarımızın 20% Ermenistan 80% isə siz Eliyevler işqal etmisiniz siz
Azerbaycana Ermelirden çox zərər vermisiniz və verirsiniz.. Ölkəmizin sərvətlərini öz sərvətləriniz
bilirsiniz sərvətlərimizi talayırsınız….Miliyonlarla dollarlara Dubai da ve başqa ölkələrdə aldıgnız villaları
mülkləri hansı pullarla almısınız? Bir Nazirinizin büdcəsində olan pullar ölkənin büdcəsindən dəfələrlə
çoxdur…Bəs niyə xalqın qeydinə qalmırsınız? Xalq 150-200 manatla necə dolansın? Xalqa zülüm etmək
üçün Ele bir sistem qurmusunuz ki xalq banklardan qurtula bilmir .. Birinin uşağı xəstə olur həkim çağıra
bilmir bilir ki həkim çağırsam pul verməli olacam. Yani ölkə tamami ilə bərbad gündədir və günü
gündən ölkəmiz məhfə doğru gedir…Siz Preziden bir il insanlara maaşlar qalxacaq deye söz verdiniz
maaşların qalxmasını uzadıb prezident seçkiləri ərəfəsində utanmadan 10% maaş qaldırdınız halbuku
insanlarımız sizin insaflı olub maaşları dəfələrlə qaldıracağınızı düşünürdü preziden seşkileri biten kimi
benzinin qiyməti 30% qaldırdınız benzillə bərabər bazarların qiyməti 100% qalxdı indi yoldaş prezident
bu öz xalqınıza etdiyiniz zülüm deyilmi?
Prezident demək bir ailə başcisı deməkdir bir ailə başcısı evin kişisi öz ailəsinin problemlərini həll edə
bilmirsə özü yeyib içib səfaa sürürsə ailəsi ac və pərişandırsa deməli o kişi deyil yaxşı ailə başcısı deyil.
Sizdə olkə başcısı kimi xalqın problemlərini həll edə bilmirsinizsə deməli yaxşı ölkə başcısı deyilsiniz.
Yoldaş Əliyev İlham sizə müraciətim əgər xalqı sevirsinizsə xalqa hörmətiniz varsa xalqı intahra pis
yollara düçar etməyin istefa verin durun kənara imkan verin xalq özü haqq ədalətlə xalqa sahib çıxacaq
öz dövlət başcısını seçsin və həqiqətən inkişaf yolunu tutsun.

Unvanim : 6- ci mk , ev 11, menzil 74 Sumqayit seheri Azerbaycan.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu