İran

5+1 Qrupu öz təklif layihəsi haqda İranı məlumatlandırıb

İran ilə 5+1 Qrupu ekspertləri arasında İstanbulda bağlı qapılar arasında keçirilən danışıqlar üzrə 3 dövr sona çatıb.

İran ilə 5+1 Qrupu ekspertləri arasında İstanbulda keçirilən iclas dünən jurnalistlərin iştirakı olmadan təşkil olundu və gecə yarısınadək davam etdi. Müzakirələr 3 həftə bundan öncə Qazaxıstanın Almatı şəhərində keçirilmiş müzakirələrdə əldə olunan qərarlara əsasən və İranın dinc nüvə proqramı haqda danışıqlar aparmaq məqsədilə təşkil olundu. Bu müzakirələr dünən gecə yarısınadək davam etdi və müzakirələr iki tərəfin xahişinə əsasən bağlı qapılar arxasında keçirildi.

Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Katrin Əştonun sözçüsü Maykl Mann bu danışıqlar haqda münasibət bildirərkən deyib: “ 5+1 Qrupunun ekspertləri bu müzakirələrdə özlərinin təklifləri haqda İrana məlumat veriblər”.

Siyasi müşahidəçilər İran ilə Altılar Qrupunun ekspertləri arasında İstanbulda keçirilən danışıqların nəticələrinin iki tərəfin İranın nüvə proqramı haqda danışıqlarının davam etməsinə zəmin yaradıcı olduğuna inanırlar.

İranlı ekspertlər İstanbul iclasında iştirak etmək üçün bazar günü bu şəhərə daxil olub və bu gün Tehrana geri dönüblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu