Fələstinli hüquq şünas Sionist İsrail rejiminin beynəlxalq məhkəmələrdə mühakiməsini vurğulayıb.
Fələstinli hüquqşünas Məhəmməd Təy ötən gün (cümə axaşmı 16 yanvar) Livanın Əl-Mina Telekanalına verdiyi müsahibədə Sionist rejimin Qəzzə zolağına və bu məntəqə sakinlərinin qırğın etməsi həmçinin Qəzzənin strukturunun məhv edilməsi üzrə cədlərinə toxunaraq, deyib: İsrail rejimi fələstinliləri genosidə məruz etdiyi üçün beynəlxalq məhkəmələrdə mühakimə edilməlidir.
Məhəmməd Təy müqavimət qruplarının Qəzzəyə gəlməsindən öncə, Sionist rejimin bu məntəqəyə qarşı apardığı cinayətkarcasına hücumlarına toxunaraq bildirib ki, İsrail bu məntəqəyə hücuma keçmək üçün daima bəhanə ardıncadır.
Sionsit rejim qırıcıları ötən cümə axşamı günü (16 yanvar) bir neçə raketlə, Qəzzə zolağını hədəfə alıb ki, bu hücumlar nəticəsində ən azı bir qadın həlak olub və dörd uşaq da yaralanıb.
Ötən çərşənbə günü (15 yanvar) isə Sionist rejim ordusu quru və hava hücumları ilə Qəzzənin müxtəlif məntəqələrinə hücum ediblər.
Sionist rejim son günlərdə Qəzzəyə qarşı hücumlarını kəskinləşdirib. Bu hücumlar nəticəsində fələstinlilərdən bir neçəsi ölüb və yaxud yaralanıb.