İran tele-radio təşkilatının sədri İranda istehsal olunan rəqəmsal ötürücülərin digər ölkələrə ixrac edilməsini bildirib.
Seyid İzzətullah Zərğami medianın özünü təmin etmə sənayesi üzrə səgidə və bu hövzənin 11 keyfiyyətli məhsulunun təqdimatı üzrə keçirilən mərasimdə iştirak etdiyi zaman bir müsahibədə bəyan edib: Media sahəsində fəal sənətkarlar və şirkətlərin sonsuz səyləri sayəsində texniki təchizatlar, xüsusilə də modern texnologiyalar səviyyəsində İranın ehtiyacları aradan qaldırılıbdır.
Zərğaminin fikrincə son illər ölkədə özünü təmin etmə sahəsində əldə olunan nailiyyətlər və gün-gündən artan irəliləyişlər iranlı mütəfəkkirlərin səyləri və elmi zəhmətlərinin məhsuludur. Və yaxın gələcəkdə bu müasirləşmiş təchizatların o cümlədən İranda istehsal olunan rəqəmsal ötürücülərin digər xarici ölkələrə ixracının şahidi olacağıq.