İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: Hazırda Suriya hökuməti keçmişdən daha artıq güclüdür və heç şübhəsiz ki, Suriya hökuməti və xalqının mənafeyini nəzərdə tutmayan hər bir qərar icraediləsi deyil.
İRNA-nın verdiyi məlumata əsasən, İran İslam Şurası Məclisinin Milli Təhülkəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi cümə günü gecə müxbirlər qarşısında Suriya böhraının həlli istiqamətində Cenevrə 2 konfransının keçirilməsinə toxunaraq və konfransda iştirak etmək üçün İrandan dəvətnamənin geri alınması haqda deyib: BMT baş katibi, Cenevrə 2 iclasına qatılmaq üçün İrandan dəvətini geri alması ilə özünün müstəqil olmadığını sübuta yetirdi.
Brucerdi Suriya müqavimət mehvərindən İran İslam Respublikasının himayəsinin davam edəcəyini vurğulayaraq açıqlayıb ki, Suriya böhranının həlli istiqamətində təşkil olunan Cenevrə 2 konfransının İranın iştirakı olmadan uğur əldə etməməsi proqnoz edilirdi və hazırda bu məsələ gerçəkləşməkdədir.
İran İslam Şurası Məclisinin nümayəndəsi İran ilə 5+1 qrupu arasındakı Cenevrə anlaşmasına gəldikdə isə deyib: Cenevrə anlaşmasında İranın nüvə məsələsinin əsas mərkəz olduğu yəni Agentliyə geri dönməsi açıqlanıb və İranın da hər bir güclü ölkə kimi faəliyyətinin davam etməsi və bütün sanksiyalarin ləğv edilməsi qərara alınıb.
Brucerdi İran İslam Respublikası prezidentinin İsveçrənin Davos şəhərində keçirilən dünya iqtisadiyyatı iclasında iştirak etməsi haqda deyib: İran İslam Respublikası prezidentinin uğurla iştirak etdiyi iclas, ABŞ-ın anti-iran sanksiyalar haqda yeritdiyi siyasətləri süal altına alıb.
