SuriyaXƏBƏRLƏR

Suriya barədə siyasi keçid layihəsi üzrə danışıqlar dalana dirəndi

Cenevrə iclasında Suriya hökuməti və müxalifətinin nümayəndə heyətlərinə bağlı olan mənbələr bildiriblər ki, dünən günortadan sonrakı iclasda hakimiyyətin ötürülməsi mövzusu ortaya atıldıqdan sonra, Sülh müzakirələri dalana dirənib.

Həmin qaynaqlar bildiriblər ki, Suriya dövlətinin müzakirələrdə iştirak edən heyəti hökumət strukturlarının mühafizə edilməsi və terrorçu qruplarla mübarizə aparılmasına dair bir bəyanatı yaydıqdan sonra, danışıqlar heç bir inkişaf olmadan dayanıb.
Müxaliflər 2012-ci il Cenevrə razılaşmasına görə, Suriya prezidenti Bəşar Əsəd hakimiyyətdən kənarlaşmalı və müvəqqəti hökumət yaradılmalıdır. Suriya hökuməti bu təklifə qarşı çıxaraq bildirib ki, Bəşar Əsədin Suriyanın gələcəyində rolu, bu konfransın müzakirə mövzusu deyil və 2012-ci il Cenevrə bəyanatında da Əsədin hakimiyyətdən kənarlaşdırılması mövzusuna toxunulmayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu