
Suriya prezidenti Bəşşar Əsəd paytaxt Dəməşqdə Heykəltəraşlıq incəsənəti təlim mərkəzi ilə yaxından tanış olduğu zaman şəhid ailələrinin müqavimət və səbrini alqışlayıb və deyib: Suriyalılar şəhidlərin yolunu davam etdirmək və onların məqsədlərini reallaşdırmaqla düşmənlərə mesaj verəcəklər.
Əsəd söyləyib: Terrorçularla müharibə böyük savaşdır. Hazırkı müharibə iradə və sabitlik müharibəsidir.
Əsəd şəhidlərin ailələrinə üzünü tutaraq deyib: Müəllimləri hədəfə almaq və onları şəhid etməkdə terrorçuların hərəkətləri Suriyadakı müharibənin ilk növbədə cahillik və nadanlığa qarşı olduğunu göstərir. Müəllimlər elm və mədəniyyətin genişləndirilməsi zamanı şəhid olublar.
