Yəmən paytaxtı Sənada bomba partlayışı nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Paytaxt Sənanın mərkəzində Yəmən hava qüvvələri əsgərlərini aparan avtobusun yolu üzərində partlayış nəticəsində ən azı 3 nəfər həlak olub, 12 nəfər də yaralanıb.
Səna şəhəri son günlərdə bir neçə terror partlayışının şahidi olub. Yəməndə bazar günü gecə törədilən partlayışlarda ən azı 120 nəfər ölüb və onlarla nəfər də yaralanıb.