AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriya ordusuna dəstək aksiyası keçirilib

Suriyanın şimal qərb sakinləri ölkə ordusuna dəstək aksiyası keçiriblər.
Suriya Televiziyasının veridiyi məlumata əsasən, Suriyanın qərbində yerləşən Laziqiyyə, Edleb şəhərləri vətəndaşları ötən gün Suriya hökumətinə dəstək olaraq aksiya keçirərək, ölkənin müxtəlif məntəqələrində terrorizmin kökünü kəsmək üçün ordunun hərbi əməliyyatlarını da dəstəkləyiblər.
Aksiyaçılar Suriya bayraqları və plakardlar daşıyaraq ordunun terrorizmlə mübarizədə qəhrəmanlıqlarından məmnunluq ifadə edərək, bildiriblər ki, ölkəyə qarşı hər bir müdaxilə ilə mübarizə aparacaqlar.
Aksiyaçılar Suriya nümayəndəsi olaraq Cenevrə 2 müzakirələrində iştirak edən heyəti dəstəkləyərək, Türkiyə hökuməti baş naziri Rəcəb Təyib Ərdoğan və bəzi qərb və ərəb ölkələrinin Suriyada kobudluqla məşğul olan terrorçuları dəstəklədikləri üçün pisləyiblər.
Oxşar aksiyalar cümə və şənbə günlərində Dəməşq, Rif Dəməşq və Homs şəhərində də həyata keçirilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu