Livan mediaları Fars körfəzi hövzəsinin ətrafında yerləşən ölkələrin vətəndaşlarından bir qrupunun bu ölkə ərazisinə soxulmalarını bildiriblər.
Livanda çıxan Əl-Səfir qəzetinin yazdığına görə, fevralın 9-da Suriya ərazisindən Livanın Ərsal bölgəsinə 14 yük maşını daxil olub.
Maşınların daxilindəki terrorçu şəxslər Fars körfəzi hövzəsinin ətrafında yerləşən ölkələrin vətəndaşlarından olublar.
Livan ordusunun təhlükəsizlik qüvvələri ötən günlər ərzində bu ölkənin müxtəlif bölgələrində ağır təhlükəsizlik tədbirləri həyata keçiriblər.
Bu ölkə polisi terrorçu hərəkətlərin qarşısının alınması üçün təşkil etdiyi müntəzəm bir əməliyyatda ” Nəim Abbas ” adlı terrorçu bir şəxsi həbs edib.
Son vaxtlar Beyrutda qoyulan bomba partlayışlarında bu şəxsin böyük rolu olmuşdur.