İran İslam Şurası Məclisinin sədri İslam Parlamentləri Birliyini İslam ölkələri arasında ən əlaqələrin möhkəmləndirilməsində təsirli rol oynaya biləcək ən böyük birlik adlandırıb.
İran Parlamentinin sədri Əli Laricani cümə günü Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentləri birliyinin icra komitəsinin 31-ci iclasının açılış mərasimində deyib: İslam parlamentləri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament birliyinə üzv olmaqla digər xalqlar ilə daya yaxşı münasibət qura və xalqların istəklərini daha yaxşı formada əks etdirə bilərlər.
İran Parlamentinin sədri əlavə edib: İslam Parlamentləri Birliyinin üzvləri münasib məkanlardandırlar və müsəlman xalqların nümayəndələri xalqların problemlərini araşdırmaqla fürsət ardınca olan beynəlxalq tərəflərin onların arasında ixtilaf törətmələrinin qarşısını ala bilərlər.
İranın qanunvericilik məclisinin sədri İslam Parlamentləri sədrlərinin Tehran iclasında İslam Ümmətinin iqtidarına səbəb olacaq zəminlərin araşdırılacağına işarə edərək, deyib: İslam ölkələri arasında texnologiya, energetika, bacarıqlı kadrlar və digər baxımdan geniş potensiallara malik bir çox ölkə var.
Əli Laricani bu iclasın İslam ölkələrinin iştirakı ilə və İslam Dünyasının inkişafı məqsədilə keçirildiyini deyərək, vurğulayıb: İslam parlamentləri sədrlərinin iclası “həmrəylik, inkişaf və ədalət” şüarı ilə keçirilir.
İslam Parlamentləri Birliyinin İcra Komitəsinin 31-ci iclası bu gün Tehranda işə başlayıb.
Bu iclasda İslam ölkələri parlamentləri sədrlərinin cari fevral ayının 18-i və 19-da Tehranda keçiriləcək 31-ci iclasının proqramını da hazırlayacaq.
