DünyaXƏBƏRLƏR

İslami Parlamentlərarası Birliyinin xüsusi komitələrində on iki qətnamə qəbul edilib

İslami Parlamentlərarası Birliyinin xüsusi komitələrində on iki qətnamə qəbul edilib.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlər birliyinin doqquzuncu konfransının sözçüsü bu gün Tehranda deyib: Dünən gecə və bu gün səhər İslami Parlamentlərarası Birliyinin xüsusi komitələrində keçirilən iclaslar zamanı Ümumi, Qadınlar, Fələstin və Parlament sədrləri üzrə dörd komitədə on iki qətnamə araşdırılıb və qəbul edilib.
Cəlali əlavə edib: Xüsusi komitələrdə islam ölkələri arasında daha artıq birlik və həmrəylik tərzi, islamofobiya və təəssüblə mübarizə, İran prezidentinin BMT-yə təklifi formasında ifratçılıqla mübarizə və onun Baş Məclisdə qəbul olunması araşdırılıb və İran İslam Respublikasının səyləri yüksək dəyərləndirilib.
İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin məclislərinin icra komitələrinin otuz birinci iclası cümə günündən Tehranda işə başlayıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu