AsyaDünyaİranXƏBƏRLƏR

Əfxəm: İranın üçlü ada mülkiyyəti inkaredilməz reallıqdır

İran islam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri deyib: İranın Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adalarının İrana aid olması tarixi və inkaredilməz reallıqdır.

İran hökumətinin informasiya portalının məlumatına görə, xanım Mərziyyə Əfxəm İranın üçlü adalarının məsələsinin BMT Təhlükəsizlik Şurasına göndərilməsinə dair Birləşmiş Ərəb Əmirliklərinin müraciətinə reaksiyada bildirib ki, üçlü adalar İran İslam Respublikası ərazisinin ayrılmaz hissəsidir.
Xanım Əfxəmin sözlərinə görə, ölkələr dövrü şəkildə BMT baş katibi ilə bəzi yazışmalar edirlər və nəzərdə tutduqları məsələləri BMT sənədlərində qeydə almağa çalışırlar.
“Birləşmiş Ərəb Əmirlikləri də bu istiqamətdə bir məsələni irəli sürüb və İranın BMT-nin Nyu-York qərargahındakı nümayəndəliyi də qarşılıqlı olaraq İslam Respublikasının həmişə vurğuladığı üçlü adalar barəsindəki prinsipial mövqeyinə dair İranın nəzərdə tutduğu notanı hazırlayıb və BMT-yə təqdim edib” –deyə Əfxəm bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu