
Abxaziyada separatçı respublikanın Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətdən Gürcüstan sahil qvardiyası tərəfindən Qara dənizdə Türkiyənin bir ticarət gəmisinin saxlanılmasına reaksiya verməsini istəyib.
RİA-Novostinin Suxumidən verdiyi məlumata görə, Abxaziya separatçı respublikasının Xarici İşlər Nazirliyi bir bəyanatda bu gəminin Qara dənizdə beynəlxalq sularda saxlanılmasını dəniz quldurluğu və dəniz terrorizmi adlandırıb.
Gürcüstan rəsmiləri 2013-cü il martın 20-də Abxaziyadan Türkiyənin Trabzon limanına doğru hərəkət edən bir ticarət gəmisini bu gəminin məqsədi və yükü barəsində sənədlərin mövcud olmasına baxmayaraq dayandırıb və onun iki rus, iki ukraynalı və 5 azərbaycanlı olan 9 işçisini həbs ediblər.
Bu gəmi beynəlxalq sularda dayandırılıb və Gürcüstanın Poti limanına aparılıb.
Rusiya Abxaziya sularında gəmilərin dayandırılması ilə bağlı Gürcüstanın hərəkətini qeyri-qanuni və beynəlxalq sularda gəmi ticarəti qanununun pozulması hesab edib.