Tehranın bu həftəki cümə namazı xətibi deyib: İran xalqı düşmən qarşısında vəhdətə malikdir.
Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Cənnəti İslam İnqilabının qələbəsinin ildönümü günü 22 bəhmən (11 fevral) günü yürüşündə İran xalqının qəhrəmanlıq iştirakını alqışlayaraq əlavə edib: İran xalqı ABŞ-ın masa üzərindəki seçimlərinə İran İslam İnqilabının qələbəsinin 35-ci ildönümü yürüşündə əzəmətli və qəhrəmanlıq iştirakı ilə cavab verdi.
“İran xalqı qərb ölkələrinin təhqirini qəbulolunmaz və dözülməz hesab edir” deyən Tehranın cümə namazı xətibi söyləyib: “ABŞ-a ölüm ”, “Müqavimət və vəhdət”, “Məzlum Fələstin xalqını müdafiə” və “Düşmən təhdidlərindən qorxmamaq” şüarı İran xalqının Amerikanın masa üzərindəki seçimlərinə cavabıdır.
Ayətullah Cənnəti İslam İnqilabının Böyük Rəhbəri tərəfindən İranın üçlü qüvvələrinə müqavimət iqtisadiyyatı siyasətinin elan olunmasını alqışlayaraq tövsiyə edib ki, bu siyasəti ciddiyə alsınlar , zəngin ilahi nemətlərdən faydalanaraq İrandakı istedadları çiçəkləndirsinlər və düşməni geri çəkilməyə məcbur etsinlər.
Tehranın müvəqqəti cümə namazı xətibi İranla 5+1 qrupu arasında nüvə müzakirələri barəsində İranın müzakirəçi heyətindən İran İslam Respublikası quruluşunun qırmızı xəttinə riayət etməklə öz qüdrətinə arxalanması və müzakirələrdə qüdrət mövqeyindən çıxış etməsini istəyib.
Müvəqqəti cümə namazı xətibi 5+1 qrupuna üzv ölkələrə üzünü tutaraq deyib: Yalnız nüvə məsələləri barəsində müzakirə edə bilərlər və digər sahələrdə müdaxilə etmək haqları yoxdur.
Ayətullah Cənnəti həmçinin Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin iclasının keçirilməsinə toxunaraq bu iclasını önəmli adlandırıb və islam ölkələri parlamentlərinin sədrlərinə tövsiyə edib ki, müsəlman xalqlar ABŞ və İsraili qəbul etmirlər və dünyadakı məzlumların tərəfdarıdırlar.