Ərəbistanın təhlükəsizlik qüvvələri bu ölkənin şərqi vilayətində xalqın aksiyalarını repressiya ediblər.
Press TV-nin verdiyi məlumata görə Ərəbistanın təhlükəsizlik qüvvələri bu ölkənin şərqi vilayətində Ali-Səud rejimi ilə müxalif olan aksiyaçılar əleyhinə döyüş güllələrindən istifadə ediblər. Aksiyaçılar da polisin bir zirehli maşınını yandırıblar. Bu aksiyalar Əvamiyyə şəhərində keçirilib.
Ər-riyad bu ölkə hökuməti ilə müxalif olan şəxslərin hər cür aksiyaları və toplaşmalarını qadağan edibdir və etirazçıları repressiya etmək, dağıtmaq üçün bütün ölkədə xüsusilə bu ölkənin iltihablı məntəqələrində təhlükəsizlik qüvvələrini yerləşdiribdir. İndiyə qədər Ərəbistan xalqının aksiyaları zamanı onlarla nəfər dünyasını dəyişib.