
2010-cu ildə Mavi Mərmərə gəmisinə sionist rejim qüvvələrinin hücumunda qətlə yetirilən Çətin Topçuoğlunun həyat yoldaşı xanım Çiğdəm Topçuoğlu deyib: Sionist rejimin üzr istəməsini qəbul etmirik.
Həyat yoldaşının qətlə yetirildiyi zaman Mavi Mərmərə gəmisində onun yanında olan xanım Çiğdəm Topçuoğlu deyib: İsrail Türkiyədən üzr istədi və Türkiyə baş naziri də bu üzrü qəbul etdi. Lakin bu məsələ bizim üçün yetərli deyil.
Çiğdəm Topçuoğlu deyib: İsrail indiyə qədər törətdiyi cinayətlərə görə bütün insanlıqdan üzr istəməlidir. Belə olduğu halda İsrailin üzrü qəbul olunası olacaqdır.
“Bu rejim insanlıqdan üzr istədiyi zaman demək olar ki, uşaqları qətlə yetirən sionistlərin düşüncəsi dəyişmişdir. Əgər onların zərrə qədər insanlığı olarsa, onların üzrünü qəbul etmək olar. Biz Çətin Topçuoğlunun ailəsi olaraq İsrailin üzrünü qəbul etmirik” –deyə Çiğdəm Topçuoğlu bildirib.
Anadolu Gənclik Dərnəyi rəhbəri Saleh Turhan isə belə deyib: İsrail işğal etdiyi Fələstin torpaqlarından geri çəkilmədikcə və Qüds azadlığını əldə etmədikcə, zahirdə olan istənilən üzrlərin heç birinin mənası yoxdur. Qələbə istiqamətini dəyişmədən müqavimətini davam etdirənlərin olacaqdır.
Mavi Mərmərə gəmisində olan və sionist komandosların hücumu nəticəsində 3 güllə ilə ağır yaralanan Kayserli Əhməd Aydan Bekar isə deyib: Bizlər də sözümüzdən dönmədik, gözləyirik. Biz o şəhidləri və yaxud Qəzzədəki şəhidləri “İsrail üzr istəsin, kompensasiya versin və ya embarqo qalxsın” deyə vermədik. “Bütün Fələstin torpaqları, Qüds, Qəzzə, xüsusilə də əl-Əqsa məscidi azad olsun” –deyə verdik və lazım olarsa şəhid verməyə davam edəcəyik.
Əhməd Aydan Bekar əlavə edib: “İsrail üzr istədi” deyə müsəlmanların İsrailə qarşı baxışı dəyişməməlidir. Xüsusilə də hökumət eyni istiqamətdə davam etməlidir. Yəni münasibətləri düzəltməməlidir.
Sionist rejim komandoslarının Aralıq dənizində beynəlxalq sularda Mavi Mərmərə gəmisinə hücumda 9 Türkiyə vətəndaşı həlak olub və onlarla nəfər də yaralanıb.
