AsyaDünyaİranXƏBƏRLƏR

İran İslam ölkələri ilə səmimi əlaqələri genişləndirməlidir

İİR-nin prezidenti vurğulayıb: rəsmi Tehran İslam ölkələri xüsusilə də qonşu ölkələrlə səmimi əlaqələrini genişləndirmək istəyir.

Həsən Ruhani Ərəbistan səfirinin etimadnaməsinin təqdimi mərasimində Ərəbistanın İslam dünyasında özəl mövqeyinə işarə edərək bildirib: İran və Ərəbistanın müsbət əməkdaşlığı regionun sabitliyi və təhlükəsizliyinə faydalıdır.
İİR-nin prezidenti əlavə edib: İran hökuməti qardaş və dost ölkə Ərəbistanla bütün siyasi, iqtisadi və mədəni sahələrdə habelə regional və beynəlxalq məsələlərdə fikir mübadiləsi aparmaq uğrunda əlaqələrini genişləndirmək istəyir.
Ruhani söyləyib: Bəzi islam ölkələrində ekstremist və terrorizm bütün regiona təsir buraxıb və İslam məzhəbləri arası ixtilaflar gərgin vəziyyət yaratmışdır və şübhəsiz İran və Ərbistanın əməkdaşlığı ilə regionda daha münbit şərait yarana bilər.
Ərəbistan səfiri “Əbdürrəhman bin Ğərman Əl-Şəhri” də İran və Ərəbistan hökuməti və xalqlarının yaxşı əlaqələrinə işarə edərək söyləyib: İranın yeni hökumətinin mövqeyi iki ölkə əlaqələrində yeni bir perspektiv yaratmışdır və Ərəbistan hökuməti və xalqı bunu müsbət qiymətləndirirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu