İranXƏBƏRLƏR

“Cəmaran 2” esminesi İranın Xəzər dənizindəki mövqeyini gücləndirir

Rus hərbi eksperti Yuri Bondar deyib: “Cəmaran 2” esminesinin İranın dəniz qüvvələrinin Xəzər dənizindəki gəmilərinə qoşulması İran İslam Respublikasının bu dəniz hövzəsindəki mövqeyini gücləndirir.

Bondar bazar ertəsi günü “Rusiyanın Səsi” dövlət radiosu ilə müsahibədə “Cəmaran 2” esminesinin Xəzərdə suya buraxılmasına toxunaraq deyib: Bu esminesin fəaliyyətə başlaması Xəzər bölgəsində yüksək hərbi və siyasi əhəmiyyətə malikdir.

“Cəmaran 2” modern esminesi bazar günü İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə Xəzər dənizində suya buraxıldı.

İranın müdafiə naziri bildirib ki, “Cəmaradn 2” esminesi İran İslam Respublikası dəniz sərhədlərinin qorunması və ölkənin şimalında insan, yük və narkotik maddələrin qaçaqçılığı ilə mübarizəyə dəstək istiqamətində düzəldilmişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu