Rusiya Federasiyasının prezidenti öz amerikalı həmkarı ilə telefon söhbətində deyib ki, Ukraynanın yeni rəhbərləri çevriliş nəticəsində iqtidara gəliblər və onların qərarları tamamilə qeyri-qanunidir.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib: Rusiya və Amerika beynəlxalq problemlər üzərində öz şəxsi fikir ayrılıqlarına görə – əlbəttə onlar da önəmlidir – öz münasibətlərini qurban verməməlidir.
Kreml bir bəyanatda bildirib: Rusiya prezidenti həmçinin Obamaya deyib ki, Rusiya bu məsələyə yardım etmək üçün müraciətlərə etinasızlıq edə bilməz və öz addımlarını bu istiqamətdə, həmçinin beynəlxalq qanunlara uyğun şəkildə atır.
Putinin sözlərinə görə, Rusiya qərb qüdrətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır. Lakin bu böhranın həli üçün istənilən həll yolu Ukraynanın kənarlaşdırılmış prezidenti Viktor Yanukoviçin 21 fevralda imzaladığı Avropa Birliyinin anlaşmasına əsasən olmalıdır.
Ağ Ev də bu bir saatlıq telefon danışığından sonra verdiyi bəyanatda bildirib: Barak Obama bu məsələni vurğulayıb ki, Rusiyanın hərəkətləri Ukraynanın hakimiyyəti və ərazi bütövlüyünün pozulması mənasındadır.
Barak Obama Putindən bu böhran üçün ehtimal olunan diplomatik həll yolunun maddələrini qəbul etməsini istəyib. Belə ki, bu böhran soyuq müharibə dönəminin sona çatmasından sonra ABŞ və Rusiya münasibətlərində ən böhranlı şəraitin yaranmasına səbəb olmuşdur.
Belə bir halda cümə axşamı günü Krım parlamenti Rusiyaya qoşulmağın lehinə səs verib və Rusiyaya qoşulmaq barəsində 16 martda referendum keçirəcək. Bu hərəkətə reaksiyada qərbin dəstəklədiyi Kiyev rəhbərləri bu hərəkətin beynəlxalq qanunlara zidd olduğunu bildiriblər.
Başqa bir məlumata görə, Ukrayna böhranı barəsində BMT Təhlükəsizlik Şurasının nəticəsiz iclasından sonra ABŞ Rusiyadan beynəlxalq müşahidəçilərin Krım yarımadasına daxil olmaları prosesini sadələşdirməsini istəyib.