İranXƏBƏRLƏR

Aşton Tehranda mətbuat konfransında: Cenevrə anlaşması önəmli uğurdur

İran İslam Respublikasının xarici işlər naziri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ilə Tehranda mətbuat konfransıda deyib: Tehran yalnız İran xalqının nüvə haqqına hörmət bəsləyən anlaşmanı qəbul edir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru xanım Katrin Aştonla görüşdən sonra jurnalistlər qarşısında regionun vəziyyəti, İran və Avropa arasında əlaqələrin gələcəyi, terrorizm və narkotik maddələrlə mübarizə sahəsində əməkdaşlıq və Əfqanıstanda təhlükəsizliyin bərqərar olunması, Suriyadakı çox təhlükəli və nigaranedici vəziyyəti Aştonla müzakirə etdiyi məsələlərdən adlandırıb.

İranın diplomatiya idarəsinin başçısı bildirib: Nüvə məsələsi və müzakirələr, o cümlədən ötən anlaşmaların icrası, həmçinin gələcəkdə məsələnin izlənilməsinin forması barəsində də Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru ilə fikir mübadiləsi aparıldı.

İran xarici işlər naziri İran və Avropa Birliyinin əməkdaşlıq potensialları və onun İranla 5+1 qrupu arasındakı nüvə anlaşması ilə əlaqədar İngiltərənin BBC telekanalı müxbirinin sualına cavabda bildirib ki, İran anlaşmanı əldə etməkdə ciddidir və siyasi iradəyə malik olduğunu sübuta yetirmişdir.

Zərif söyləyib: Hazırda qarşı tərəfə bağlıdır ki, Cenevrə anlaşmasına sadiq qalsın və maraqla, ciddiliklə və öhdəliklə müzakirə masasına gəlsin. Beləliklə hər iki tərəfin qəbul etdiyi anlaşma əldə olunsun.

Xanım Katrin Aşton da İran xarici işlər naziri ilə ikitərəfli şəkildə ilk dəfə görüşdüyünü bəyan edərək bildirib: Bu görüş Avropanın xarici siyasəti üçün fürstədir.

Aşton həmçinin Cenevrə anlaşmasını çox önəmli uğur adlandırıb və deyib: Tam həll yolu barəsində müzakirə çətin və mürəkkəbdir və onun uğur qazanması üçün zəmanət yoxdur. Lakin İran xalqının İran xarici işlər nazirinin addımlarını dəstəkləməsi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə mütləq məqsəd budur ki, uğur əldə olunsun.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru İran xalqının bu ölkə torpağında uranın zənginləşdirilməsini özlərinin təbii haqqı hesab etməsi və bu barədə onun mövqeyinin nə olması ilə əlaqədar sualı belə cavablandırıb: Mən sizi Cenevrədə əldə etdiyimiz müvəqqəti anlaşmaya doğru istiqamətləndirirəm.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu