Ağ Ev Amerikanın Rusiyaya qarşı təzyiqlərinin davamında bildiribdir ki, Londonda Con Kerri ilə Sergey Lavrov görüşü Ukrayna böhranı üçün son fürsətdir.
Frans Pressin Vaşinqtondan verdiyi məlumata görə, Ağ Evin sözçüsü Cey Karney deyib : Bu gün cümə günü ( 14 mart ) Amerikanın dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək müzakirələr Moskva üçün son fürsətdir ki, özünü Amerikanın yeni tənbeh xarakterli hərəkətlərindən xilas edə bilsin.
Rəsmi Vaşinqton Ukraynanın Krım adasında referendumun keçirilməsindən sonra Amerika və Avropanın hərəkətləri haqda rəsmi Moskvaya xəbərdarlıq edibdir.
Rus rəsmiləri , Krım əhalsinin 16 mart referendumunda Ukraynadan ayrılması sualına müsbət cavab verəcəkləri təqdirdə bu məntəqəni Rusiya torpağının bir hissəsi kimi qəbul edəcəklərini bildiriblər. Rusiya Qərbin hər cür tənbeh xarakterli hərəkətinə qətiyyətlə cavab verəcəyi haqda xəbərdarlıq edib.