İranın xarici işlər nazii şənbə günü gecə Tacikistanın xarici işlər naziri- Səracəddin Əslov ilə görüşdə onunla iki ölkə münasibətləri və əlaqələrinin son gedişi ətrafında fikir mübadiləsi aparıb.
IRIB-nin məlumatına görə, cənab Zərif bu görüşdə yeni il və novruz bayramının yaxınlaşması münasibəti ilə təbrik deyib, geniş mədəni ortaqlıqlara işarə edərək, iki ölkə əməkdaşlıqalarının siyasi, iqtisadi və mədəni sahələrdə genişlənməsi, eləcə də İran İslam Respublikasının Tacikistanın xalqı və dövləti ilə ortaq mədəniyyət və tarixə söykənən qardaşcasına və möhkəm əlaqələri inkişaf etdirməyə maraqlı olduğunu vurğulayıb.
O, habelə İran İslam Respublikasının təhlükəsizlik və iki ölkə üçün müştərək təhdid kimi ifratçılıq və terrorizmlə mübarizə sahələrində Tacikistanla əməkdaşlığa hazır olduğunu diqqətə çəkib və bildirib ki, iki ölkə həmkarlıqlarının inkişafı üçün heç bir məhdudiyyət yoxdur.
Tacikistanın xarici işlər naziri də bu görüşdə Tacikistanın xalqı və prezidentinin ölkəmizin xalqına olan səmimi və alovlu salamlarını bəyan edib, novruzun gəlib çatması münasibəti ilə qarşılıqlı təbriklə çıxış və İran İslam Respublikasının altılıq ilə ilkin razılaşma sahəsindəki diplomatik uğurlarını təbrik edərək, dinc nüvə enerjisindən bəhrələnmək üzrə İranın haqqını vurğulayıb.
