AsyaDünyaİranXƏBƏRLƏR

“Unutmaq və yayındırmaq iki böyük təhlükə”

İran İslam Respublikasının Böyük Rəhbəri müqəddəs müdafiə dövrünün əməliyyat bölgələrinə baxış keçirmək tədbirini bu böyük tarixi hadisəni gənc nəslə tanıtdırmaq üçün düzgün tədbir kimi qiymətləndiriblər.

Həzrət Ayətullah Əl-Üzma Xamenei bu gün bazar ertəsi Rahiyane Nur adlı tədbiri həyata keçirən məsul şəxslərlə görüşdə vurğulayıblar: Unutmaq və yayındırmaq hər bir tarixi hadisə üçün təhlükə sayılır və müqəddəs müdafiə sahəsində fəaliyyət edən ziyalılar bu zəngin mədəni xəzinəni dəqiq şəkildə tanıtdırmaqla unudulmasının qarşısını almalıdırlar.
Böyük Rəhbər bu sahədə müxtəlif əsərlərin nəşr edilməsinə işarə edərək əlavə ediblər: Müqəddəs müdafiə möhtəşəm bir tablo kimidir və ona yaxınlaşan şəxs heyrətləndirici təfərrüatını da görə bilər.
O həzrət, İmam Xomeyninin şəhidlərin məktubları və vəsiyyətlərini oxumağın zəruri olduğuna işarə etdiklərini xatırladaraq buyurublar: Şəhidlərin vəsiyyətləri dünyəvi və hərbi qaydalara uyğun olmayan işləri həyata keçirən döyüşçülərin mənəvi əhval ruhiyyələrini əks etdirir.
Böyük Rəhbər Fələstin məsələsinin yaddaşlardan silinməməsinə əsas səbəb olaraq, İmam Xomeyninin sədaqətli fəryadını və İslam İnqilabından söz açıb və bildirmişlər, böyük müqəddəs müdafiənin unudulmasına icazə verməməliyik.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu