AsyaAvropaDünyaXƏBƏRLƏR

ABŞ prezidenti AB-dən Rusiyadan enerji asılılığını azaltmasını istəyib

Amerika prezidenti vurğulayıb ki, Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmaq üçün təkcə Amerikaya söykənə bilməz və bu hədəfə çatmaq üçün daha çox addımlar atmalıdır.

Təsnim xəbər agentliyinin Röyters-ə istinadlı məlumatına görə, Rusiyanın Krımı öz torpağına qatmaq üzrə hərəkəti Moskva-Qərb əlaqələrində çəkişmənin artmasına səbəb olub və Avropa ölkələri Rusiya enerjisinə öz asılılıq miqdarını azaltmaq niyyətindədirlər.
Amerika və Avropa Birliyi indiyədək rus rəsmilərə qarşı sanksiyalar tətbiq ediblər.
Obama deyib: Avropa ilə azad ticarət müqaviləsinin imzalanması Avropa bazarına təbii qaz ixracatını asanlaşdıracaqdır. Amerika və Avropanın bu müqavilənin imzalanması üzrə müzakirələri davam etməkdədir.
Avropa Birliyi özünə lazım olan neft və qazın mühüm hissəsini Rusiyadan təmin edir.
Rusiyanın Avropaya qaz ixracatının təqribən qırx faizi də Ukrayna ərazisi vasitəsi ilə həyata keçir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu