İslam İnqilabının Böyük Rəhbəri on iki fərvərdin- İran İslam Respublikası gününün ildönümü ərəfəsində Silahlı Qüvvələrin Məhkəmə Təşkilatı, Hökumət Cəzaları Təşkilatı, habelə ümumi və inqilab məhkəmələrində məhkum olanlardan doqquz yüz iyirmi nəfərin əfvi və ya cəzasının azaldılması təklifi ilə razılaşıblar.
Böyük İnqilab Rəhbəri Ofisinin informasiya portalının məlumatına görə, Məhkəmə Hakimiyyətinin sədri- Ayətullah Sadiq Amoli-Laricani İran İslam Respublikası gününün ildönümünün gəlib çatması münasibəti ilə İslam İnqilabının Böyük Rəhbəri- Həzrəti Ayətullah-ul-uzma Xameneiyə ünvanladığı məktubda Məhkəmə Hakimiyyətinin Əfv və Bağışlanma üzrə Mərkəzi Komissiyasında lazımi şəraitə uyğun bilinmiş məhkumlardan doqquz yüz iyirmi nəfərin əfvi və ya cəzasının azaldılması təklifini təqdim edibdir ki, bu təklif inqilab rəhbərinin razılığı ilə üzləşibdir.