AsyaAvropaDünyaİranXƏBƏRLƏR

1 Aprel; İranda İslam Respublikası Günü

(1 aprel) İslam Respublikası Günü :
İranın ən yaxşı övladlarının qanı ilə boya-başa çatmış İslam İnqilabı nəhayət 1979-cu il fevralın 11-də qələbə çaldı və bunun ardınca İmam Xomeyni (r.ə) tərəfindən müvəqqəti hökumətin qurulması ilə ölkə tarixində gələcək hakimiyyətin növünü müəyyənləşdirmək üçün tarixi bir fürsət yarandı.
1358-ci günəş ili 12 fərvrədin (1 aprel 1979) referendumu nəticəsinə və İran xalqının İslam Respublikası siyasi quruluşunun adlandırılmasına tam qətiyyətli səs verməsinə əsasən İslam Respublikası Günün əhəmiyyəti barəsində İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei buyurmuşlar: İslam Respublikası Günü İranın tarixində misilsiz tarixi bir dövrdür. Çünki islam dininin əvvəlindən və müsəlmanlar tərəfindən İranın fəth olunmasından ilkin qısa fasilədən sonra yəni o qısa illərdə, əlbəttə hökumətlər müəyyən qədər islami idilər – bu uzunmüddətli İran tarixində, o qısa dövrdən və islamın əvvəlində elan olunan hökumətin qısa dövründən sonra, bir quruluş elan olundu ki, iki xüsusiyyət, xəlqi və ilahi xüsusiyyətə malikdir: Yəni İslam Respublikası.

Həzrət Ayətullahülüzma Xamenei İran xalqı və digər müsəlmanların müqəddəratında İslam Respublikası Gününün təyinediciliyi barəsində buyururlar: Başqa bir baxışdan da İslam Respublikası Günü çox önəmlidir və o da budur ki, hazırkı dünyada ilkin nümunədir. Müxtəlif məktəblər, quruluşlar, siyasətlər, müxtəlif baxışlar və üsullar dünya xalqlarına hökumət təqdim edir, təqdim olunur. Bu ilk nümunədir ki, dünya xalqları ona ehtiyaclıdır. Görürlər ki, elan olunan digər respublikalar, sosialist respublikalar, müxtəlif formatlı qərb demokratiyası şəklində respublikalarda heç bir şey ciddi deyildir. Respublikanın əsası hər bir şeyi məhv edir. Lakin əsas dəyərləri və əsas qanunlarını islamdan alan respublika misilsizdir. Bizim İslam Respublikası Günümüzdə başqa bir xüsusiyyət vardır. O da budur ki, o gün təkcə biz İran xalqının bayramı deyil, bütün müsəlman olan şəxslərin bayramıdır. Yəni 1 milyarda yaxın əhalinin. Onlar da, yəni müsəlman xalqlar öyrəşiblər ki, islamı passiv mövqedə müdafiə formasında, təcrid formasında görsünlər. Bir xalqın zalım qüdrətlərə qarşı və nöqsanlı bəşəri quruluşlara qarşı hücum mövqeyində durduğu və islama əsasən bir respublikanı elan etdiyi zaman, bu, bütün müsəlman xalqlar üçün fəxr və başıucalıq mənbəyidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu