AsyaAzərbaycanDünyaSuriyaXƏBƏRLƏR

Suriyada daha iki azərbaycanlı öldü

Qarabağda yox, Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.

Ölənlər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “Həsən Azəri” və “Abdul Mətin” ləqəbli Azərbaycan vətəndaşlarıdır.
terrorçular ölən hər iki məsləkdaşlarının fotosunu da yayıblar.

Məlumatda “Abdul Mətin” ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.

“Həsən Azəri”nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra 200-yə yaxın azərbaycanlı vəhhabı terror əməliyyatlarında iştirak edərkən öldürülüb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu