Bir avstraliyalı gəmi Malayziyanın Boeing-777 təyyarəsinin qara qutusundan əlamətlər alıb.
Bir Çin gəmisi də cümə və şənbə günləri iki dəfə saniyədə otuz yeddi tam onda beş kilometr tezlikdə siqnallar alıbdır.
Avstraliya və Çin gəmilərnin əlamətlər aldıqları məkanlar arasındakı məsafə beş yüz əlli beş kilometrdir.
Avstraliyanın sabiq müdafiə naziri və Əməliyyatın Koordinasiya Mərkəzinin rəisi- Marşal Angus Houston deyib ki, hələ bu siqnalların təyyarənin qara qutusu ilə bağlı olmasını təsdiq etmək olmaz.
Avstraliyada Malayziyanın itmiş təyyarəsinin axtarışı üzrə əməliyyatın koordinasiya mərkəzi bildirib ki, bugünkü əməliyyatda doqquz hərbi təyyarə, üç yardımçı təyyarə və on dörd gəmi iştirak edib.
MH-370 uçuşunun qara qutusu bu gün Malayziyanın Boeing-777 təyyarəsinin 239 sərnişin və ekipaj üzvü ilə itməsindən otuz gün sonra batareyanın enerjisinin bitməsi ilə sönəcəkdir.