Ağ Ev fars xidmətinin sözçüsü İran və Altılıq qrupunun nüvə danışıqları prosesini müsbət dəyərləndirib.
Alen Eyr Tehranda çıxan İran qəzetinə verdiyi açıqlamasında bəyan edib: İran və Altılıq qrupunun nüvə müzakirələri prosesində mövcud inkişaf və razılaşmalar fondunda qarşılıqlı ehtiram və tərəflərin misli görünməmiş ciddi-cəhdləri əsasında olub.
Onun sözlərinə görə İran və 5+1 qrupu 2014-cü ilin 20 iyul tarixinə qədər dəqiq və konkret razılaşmaya nail olacaqlar.
Alen Eyr sonra deyib: Bu əsnada ABŞ ilə Rusiya arasındakı mövcud ixtilafların yaxşı tərzdə idarə və müdiriyyət ediməsinə cəhd edilir ki, yekdilliyi tələb edən İranın nüvə proqramı kimi mövzuları kölgələsin.
Alen Eyr müsahibəsinin digər hissəsində Tehran-Vaşinqton münasibətlərinin eləcədə iki ölkə əlaqələrinin normallaşdırılmasına dair mövcud atmosfer haqda irəli sürülən suala cavab olaraq deyib: İran-ABŞ arasındakı böyük ixtilafları yoluna qoymaq asan deyil, lakin qarşıdurma yerinə əməkdaşlıq və vaxtı zay etmək əvəzinə fürsət yaratmaq ilə qarşılıqlı münasibətləri optimallaşdırmaq olar.