İran İslam Respublikası prezidenti söyləyib: Subsida layihəsinin ikinci mərhələsinin icra edilməsi İran xalqının xeyrinədir.
Həsən Ruhani bu gün bazar ertəsi müxbirlərə bildirib: Hökumət xalqın xidmətçisi kimi qanun müəyyənləşdirdiyi vəzifələrini yerinə yetirir.
Prezident bildirib: Qanunda deyilib ki, ehtiyacı olan şəxslər subsida almalıdırlar və buna görə də hökumət xalqdan istədi ki ehtiyacı olanlar adlarını qeyd alsınlar.
İİR-nin prezidenti hökumətin kənd təsərrüfatını bərpa uğrunda proqramları barədə deyib: Hazırda ölkənin lazımi kaloriyasının 60 faizi ölkə daxilində təmin olunur və çalışırıq ki, gələn 4-5 ildə bu rəqəm 80 faizə çatsın.