AsyaDünyaFələstinXƏBƏRLƏR

Fələstin Muxtariyyəti ilə sionist rejim arasında saziş müzakirələri iclası ləğv olunub

Fələstinli qrupların milli birlik dövlətinin təşkili barədə razılığa gəlmələrinin elan olunmasının ardınca sionist rejim bildirib ki, Fələstin Muxtariyyəti ilə saziş müzakirələrinin izlənilməsi iclasını ləğv edib.

Frans-Press-in məlumatına görə, sionist rejimin baş naziri- Benyamin Netanyahunun müşaviri- Ufer Gendelmen dünən gecə Fəth və Həmas təşkilatları arasında ixtilafların başa çatması və onların milli birlik dövlətinin təşkili barədə razılığa gəlmələrinin elan olunmasından sonra deyib ki, İsrail rejimi cari həftədə Fələstin Muxtariyyəti ilə keçiriləcəyi gözlənilən iclası ləğv edibdir.
Ötən yayda Amerikanın vasitəçiliyi ilə keçirilmiş Fələstin Muxtariyyəti ilə sionist rejim arasındakı saziş müzakirələri sionist tərəfin fələstinli əsirlərin azad olunmasına dair vədinə xilaf çıxması və sionist qəsəbələrin salınmasının genişlənməsi ilə dalana dirənibdir.
Sionist rejimin baş nazirinin müşaviri- Ufer Gendelmen həmçinin deyib: Fələstinli qrupların ixtilafları kənara qoymağa dair razılığı tamamilə İsrail rejiminin zərərinədir və bu razılığın icrasının qarşısı alınmalıdır.
Belə bir halda, sionist rejimin təhlükəsizlik kabineti bu razılaşmaya reaksiyada bu gün iclas keçirəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu