Ukrayna Prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov hər bir bölgədə ərazi müdafiə batalyonlarının yaradılmasını tapşırıb.
A.Turçinov bu barədə Kiyevdə bölgələrdəki dövlət administrasiyalarının rəhbərləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, hər bir bölgə administrasiyasının rəhbəri öz regionunun fərdi müdafiə planını bilməlidir: “Bu batalyonlar peşəkar hərbçilərdən daha çox vətənpərvərlərdən formalaşmalıdır”.