Rusiya xarici işlər nazirliyi , 11 Aprel tarixində Suriyanın Hama bölgəsinə bağlı Keferzeyta məntəqəsində ən – Nusra terror təşkilatına mənsub xadimlərin xlor qazı istifadə etməsindən narahat olduğunu bildirdi.
Suriya SANA xəbər agentliyinin bildirdiyinə görə Rusiya xarici işlər nazirliyi dünən bir məlumat nəşr edərək , Moskvanın dəfələrlə və müxtəlif beynəlxalq yığıncaqlarda xüsusilə də BMT Təhlükəsizlik Şurasının iclaslarında Suriyada qanunsuz silahlı qrupların zəhərli maddələri əldə etmələri barəsində xəbərdarlıq olduğunu , ancaq Rusiyanın bu uyarılarının nəzərə alınmadığını bildirib.
Bu məlumatda həmçinin Rusiya , BMT Təhlükəsizlik şuranın , Suriyada kimyəvi silahların tamamilə məhv edilməsi mövzusunda 2118 saylı kararnamesinin eynilə tətbiq olunması zərurətini xatırladaraq Suriya hökumətinin , xlor qazı istifadə edilməsi məsələsiylə əlaqədar BMT mütəxəssislərinin lazımlı araşdırmaları etmələri üçün hər cür imkanı təqdim etməyə və əməkdaşlıqda etməyə hazır olduğunu bildirdi.