Malaziya hökuməti təxminən 2 ay bundan öncə Malayzaia hava yolları şirkətinin MH370 nömrəli uçuşu barədə detalları və ilk hesabatı nəşr edib.
5 səhifədən ibarət bu hesabt öncə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İKAO)-a təqdim edildikdən sonra, qəzetlərə və medialara e-mail vasitəsi ilə göndərilib.
Hesabatda, yoxa çıxmış təyyarənin taleyi barədə hər hansı yeni bir xəbər verilməyib və yalnız ötən həftələrəd əks etdirilən detalların xülasəsi bir daha əks etdirilib.
Malayziya hökuməti hesabatda bildirib ki, Malaziya baş naziri Nəcib Rəzzaq yoxa çıxmış təyyarənin tədqiqat əməliyyatları ilə ziddiyyət daşımayan hər bir məlumatın yayılmasına icazə verib.
Malayziya hava yolları şirkətinin MH370 nömrəli uçuşun 239 sərnişli təyyarəsi Kuala Lumpurdan Pekinə doğru uçuşda yoxa çıxıb və ondan indiyədək heç bir iz müşahidə olunmayıb.