AsyaDünyaXƏBƏRLƏR

Qahirədə metro stansiyasının yaxınlığında partlayış baş verib, bir nəfər ölüb

Qahirənin mərkəzində metro stansiyasının yaxınlığında cümə günü partlayış zamanı bir nəfər həlak olub, ikisi yaralanıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat verir.

Bundan öncə cümə günü Qahirədə məhkəmə binasının yaxınlığında partlayış nəticəsində misir polisinin zabiti həlak olub, daha üç asayiş keşikçisi yaralanıb.

Yerli KİV-lər bir qayda olaraq qeyd edirlər ki, Misirdə son vaxtlar partlayışların arxasında 2013-cü ilin iyulunda hakimiyyətdən kənarlaşdırılmış ölkənin sabiq prezidenti islamçı Məhəmməd Mursinin tərəfdarları durur.

Misirdə mayın 3-də 21 gün davam edən və səsverməyə iki gün qalmış başa çatan seçki kampaniyası start götürəcək.

Ölkədə prezident seçkiləri mayın 26 və 27-nə təyin edilib. Dövlət rəhbəri postuna əsas namizəd kimi sosialist Hadmin Sabahi və müdafiə naziri Əbdül Fəttah as-Sisi sayılırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu