Qahirə cinayət məhkəməsi Müsəlman Qardaşları qrupuna üzv olan 102 nəfərin 10 il həbsə məhkum edilməsindən xəbər verib.
Qahirənin cinayət məhkəməsi bu gün şənbə (3 may) Əl-zahir məntəqəsi hadisələri ilə əlaqəli olaraq MQ qrupunun 102 üzvünü 10 il həbsə, başqa iki nəfəri isə 7 il həbsə məhkum edib.
Misir prokurorluğu bu müttəhimlərə qarşı dövlət və özəl əmlaka qarşı təcavüzkarlıq məqsədi ilə iğtişaş törətmək, insanlara qarşı zorakılıq və kobudluq tətbiq etmək, vətəndaşların qətlə yetirilməsi, ümumi əmlakın dağıdılması və icazəsiz silah daşımaq kimi ittihamlar irəli sürüb.
Bu elə bir haldadır ki, Qahirənin cənubunda Əl-Mina cinayət məhkəməsi ötən həftə Məhəmməd Mursi tərəfdarlarından 683 nəfərini o cümlədən Müsəlman Qardaşları qrupunun rəhbəri Məhəmməd Bədini edama məhkum etdi ki məhkəmənin bu hökmü regionun və dünya ölkələrinin reaksiyasına səbəb oldu.
