Tehran Cümə İmamı Ayətullah Seyid Əhməd Xatəmi, Şuşter şəhərinin mədəniyyət sahəsiylə əlaqədar elit seqmentindən bir qrup arasında danışarkən “İran xalqı dünya istikbarını təmsil edən ABŞ-ın boş vədlərindən çox şahid olduğu üçün bu ölkə rəsmilərinin sözlərinə güvənmir. Dolaysıyla əsl güvən qazandırması lazım olan tərəf ABŞ-dır “dedi.Ayətullah Xatəmi daha sonra “Obama, Novruz münasibətilə verdiyi mesajında İranın dünya birliyinin inamını qazanması lazım olduğunu irəli sürmüş. Lakin məsələ bu ki, İran daha əvvəlki müzakirələrində ABŞ və yandaşlarından yalanlar duyduğu üçün artıq onların heç birinə güvənmir “ifadəsini istifadə etdi.Tehran Cümə İmamı Ayətullah Xatəmi danışmasının davamında “Bu gün dünya birliyinin İrana güvəndiyinə şahidik. Bu vaxt yalnız Amerika, İngiltərə və işğalçı İsrail özlərini dünyanın nümayəndələri olaraq görürlər “deyərkən” İslami İran atom bombası arxasında deyil, biz bunu bu günə qədər dəfələrlə elan etdik “deyə əlavə etdi.