AsyaDünyaFələstinXƏBƏRLƏR

Sionistlər İbrahimi hərəmində azanın yayımına qadağa qoyublar

Sionistlər İordan çayının qərb sahilinin cənubunda yerləşən əl-Xəlil şəhərində İbrahimi hərəmində azanın yayılmasının qarşısını alırlar.

Fələstinin Dövlət İnformasiya Agentliyi Vəfanın məlumatına görə, əl-Xəlil Vəqflər idarəsinin rəhbəri Şeyx Tisir Əbu Səniyyə deyib: Sionistlər ötən apreldə sionist qəsəbə sakinlərinin inciməsi bəhanəsi ilə İbrahimi hərəmində azanın səsləndirilməsinə ən azı 60 dəfə maneçilik törədiblər.

Şeyx Tisir Əbu Səniyyə sionistlərin dini məhdudiyyətlərini digərlərin ibadət hüquqlarına etinasızlığın nümayiş etdirilməsi adlandıraraq əlavə edib: Sionistlər İbrahimi hərəmində fələstinlilərin dini mərasimlər keçirmələrinə maneçilik törətməkdə əlavə, bu hərəmə bitişən giriş və küçələri bağlayaraq fələstinlilərin sərbəst şəkildə gediş-gəlişinə mane olurlar.

İsrail rejimi başçıları fələstinlilərin hüquqlarının pozulması və onların müqəddəslərinə hörmətsizlik çərçivəsində Qüds və İordan çayının qərb sahilində fələstinlilərin məscidlərindən azanın yayılmasının qarşısını dəfələrlə almışlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu