Amerikən İnter Prayz adlı araşdırma mərkəzi özünün ən yeni araşdırmasında İranın dəniz donanmasının beynəlxalq sularda geniş iştirakının təsirli olduğunu vurğulayıb.
Tehranda çıxan Keyhan qəzetinin bu gün verdiyi məlumata görə Amerikən İnter Prayz araşdırma mərkəzi (American Enterprise Institute İran ordusu dəniz donanmasının Cibutidə iştirak etməsinə toxunaraq yazıb: İranın dəniz donanması qüvvələrinin Qırmızı dəniz və Afrika buynuzu məntəqəsində iştirakı artıq adi bir məsələyə çevrilib.
Məqalənin davamında deyilir: İranın dəniz donanması qüvvələri son illərdə iştiraklarının əhatə dayirəsini genişləndirərək, hərbi gəmilərini Suveyş boğazından Sakit Okeanına, Afrikanın cənubuna və Atlantika Okeanına göndərib.
Amerikan araşdırma mərkəzinin hesabatında, İranın bu addımlarının, öz dəniz qüvvələrinin əməliyyat dairəsini genişləndirilmək istiqamətində olduğunu bildirib.
Hesabatda deyilir İran İslam Respublikasının dəniz donanması missiyası Amerika və Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalmış İran Gəmiçilik Şirkətinə aid gəmiləri müşayiət etməkdir.
