Amerika konqresi 11 sentyabr hücumlarının əsas planlaşdırıcıları və CİA-nın bir neçə sabiq işçisinin saxlanılması üçün yeni gizli həbsxanaların təsis edilməsinə 69 milyon dollar ayırıb.
Press Tv-nin verdiyi məlumata görə bu həbsxana Camp7 adlı həbsxana ilə əvəz ediləcək.
Bu məlumata əsasən Amerika konqresi Guantanamo körfəzində bu ölkənin dəniz bazasında yeni həbsxanalar və təsisatların yaradılması üçün bütövlükdə 93 milyon dollar büdcə ayırıb.
Amerika prezidenti 2009-cu ilin yanvarında öhdəlik vermişdi ki, Guantanamo həbsxanasının bağlanması üçün hərəkətlər həyata keçirsin amma Obamanın bu vədi hələ ki reallaşmayıb.