Vilayət və İmamət səmasının 9-cu parlaq ulduzu səxavətlik gövhəri İmam Məhəmməd Təqinin (ə) viladəti astanasında Müqəddəs Məşhəd şəhəri nurlu şəhərə çevrilib.
İmam Rzanın (ə) hərəmi Cavadül-Əimmənin (ə) səadətli viladətinin ildönümü günü ərəfəsində çıraqlanıb və zəvvarlarla doludur. Əhli-Beyt (ə) aşiqləri bu mübarək gün münasibəti ilə əziz atanı təbrik etməyə və dualarının qəbul olunması ilə bayramlıq etməyə gəliblər.
İmam Cavadın (ə) viladət gecəsində əziz atası İmam Rzanın (ə) müqəddəs hərəmi güllərlə zinətləndirilir.