Kaliforniya polisi atəşaçma hadisəsi nəticəsində bir ailənin 3 üzvünün dünyasını dəyişməsindən xəbər verib.
Press Tv-nin verdiyi məlumata görə bir 28 yaşlı kişi Kaliforniyanın cənubunda bir ailənin 3 üzvünü öldürməkdən sonra intihar edib.
Polisin bildirdiyinə görə bu 4 nəfərin cəsədi Losancelesin şərqində yerləşən bir evdə tapılıb.
Polis tərəfindən həyata keçirilmiş təhqiqata əsasən bu atəşaçma insidenti ailəvi ixtilaflar nəticəsində baş verib.
Son illər ərzində Amerikada silah daşımanın sərbəst olmasından mənşə alan qətl və cinayətlərin artması bu ölkədə nigaran edici mövzuya çevrilib.
