İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və onu müşayiət edən heyət çərşənbə axşamı günü Vyanaya səfər edib. Belə ki, İranın beş üstə gəl bir qrupu ilə ötən on ildəki nüvə danışıqlarında ən həssas turu keçirsin.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru və beş üstə gəl bir qrupunun yüksək səviyyəli müzakirəçisi Katrin Aşton və müavinləri Helqa Şmidt və Stefan Klement çərşənbə axşamı günü gecə İranın Vyanadakı səfirinin iqamətgahında İranın müzakirəçi heyəti ilə şam ziyafətində olacaqdır.
İran və beş üstə gəl bir qrupu Vyanadakı müzakirələrin üçüncü turunun sonunda bildiriblər ki, bu gündən cümə gününə qədər keçiriləcək müzakirələrin dördüncü turunda yekun anlaşma sənədinin ilkin mətninin tənzimlənməsinə daxil olacaqlar.