İran xarici işlər nazirliyinin mətbuat katibi Argentina məhkəməsinin ” Amiya ” mövzusu haqda İranla Argentina arasındakı notaların ləğv edilməsinə dair addımını pisləyib.
İRNA xəbər verir : Mərziyə Əfxəm cümə günü bir müsahibədə ” Amiya ” mövzusu barədə bu iki ölkə arasında imzalanmış anlaşmaların ləğv edilməsinə dair Argentina məhkəməsinin bu qərarından təəssüfləndiyini bildirib.
O deyib : Bu anlaşma sənədi Amiya faciəsi haqda həqiqətin üzə çıxması və bu haqda mövcud məsələlərin optimal həll yolu üçün düzgün fürsət idi.
İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi əlavə olaraq deyib : İran dövləti Amiya faciəsində bu ölkə vətəndaşlarının müdaxiləsinin olmadığından əmindir. Ona görə də , bu haqda İran vətəndaşlarına qarşı irəli sürülən iddiaların əsassız olmasından arxayın olduğu üçün 2013-cü il 27 yanvar tarixində Argentina dövləti ilə bir anlaşma sənədi imzaladı və apardığı bir neçə dövr müzakirədə Tehran bu iki dövlət arasında bu anlaşma sənədinin qorunması və həyata keçirilməsilə maraqlı olduğunu bildirib.
Əfxəm sonra xatırladıb : İran dövlətinin fikrincə bu razılaşma sənədi Amiya faciəsinin barəsində həqiqətin üzə çıxması və anlaşmaların həlli üçün optimal bir həll yolu və düzgün bir fürsət idi. Lakin bu fürsət Argentina məhkəməsinin bu hərəkəti ilə itirildi.
1994-cü ildə Buenos Airesdə yəhudilərin mərkəzində bomba partlayışı 85 nəfərin ölümü daha 300 nəfərin yaralanmasına səbəb olmuşdur.